- Transfer
- 17:31 10.04.2026
İtaliya A Seriyasında maraqlı transfer hadisəsi baş verib.
Corner.az xəbər verir ki, "İnter" bir müddət öncə 19,5 milyon avroya "Cenoa"ya satdığı Andrea Pinamontini 17 gündən sonra 20 milyon avro qarşılığında geri qaytarıb.
Əvvəlcə Cenoa ötən mövsümünün əvvəlində icarəyə götürdüyü 21 yaşlı hücumçunun müqaviləsindəki bəndi əsas tutaraq onu birdəfəlik alıb. Milan təmsilçisi isə sözləşmədəki gerialma maddəsi ilə italiyalı futbolçunu komandaya qaytarıb.
Qeyd edək ki, Andrea Pinamonti "İnter"in yetirməsidir.