- Transfer
- 23:58 01.10.2026
"Bavariya" "Ayaks"ın futbolçusu Sercino Desti transfer etməyə yaxındır.
Corner.az "Sport Bild"ə istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçi Münhen təmsilçisi ilə 4+1 illik müqavilə imzalayacaq. Amerikalı oyunçunun yaxın günlərdə "Bavariya"ya keçidinin rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, Destlə "Barselona" da maraqlanırdı. (qol)