10 aprel 2026. Cümə

Liverpul'dan növbəti transfer


  • Transfer
  • 20:57 19.09.2020
  • Oxunma sayı: 310
Liverpul'dan növbəti transfer

"Liverpul" heyətini daha bir futbolçu ilə gücləndirib.

Corner.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqanın son çempionu Vulverhampton'un hücumçusu Dioqo Jota'nı transfer edib. Portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Liverpul 23 yaşlı futbolçu üçün qarşı tərəfə 43 milyon avro ödəyib.

Dioqo yeni klubunda 20 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Dioqo ötən mövsüm Vulverhampton'la 48 matça çıxıb, 16 qol vurub və 6 ötürmə ilə yadda qalıb.







Transfer