7 dekabr 2025. Bazar günü

11 il sonra sabiq klubuna qayıtdı


  • Transfer
  • 01:04 22.09.2020
  • Oxunma sayı: 413
11 il sonra sabiq klubuna qayıtdı
 “Göztəpə” klubundan ayrılaraq azad agent statusu alan Portuqaliya millisinin sabiq qapıçısı Betonun yeni klubu müəyyənləşib.
 
Corner.az xəbər verir ki, 38 yaşlı qolkiper 11 il sonra sabiq klubu “Leyksoeş”ə qayıdıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Təcrübəli qapıçı Portuqaliya təmsilçisi ilə 2 illik müqaviləyə imza atıb.
  
Qeyd edək ki, Beto 2006-2009-cu illər aralığında məhz “Leyksoeş”in uğurları üçün çalışıb. O, son üç mövsümdə “Göztəpə”nin formasını geyinirdi. “Sportinq”in yetirməsi olan qolkiper kayrerası ərzində “Kasa Pia”, “Çaves”, “Marko”, “Portu”, ÇFR, “Braqa” və “Sevilya”da da çıxış edib.






Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır