- Transfer
- 17:27 06.12.2025
“Çelsi” klubu “Renn”in qapıçısı Eduard Mendinin transferində razılığa gəlib.
Corner.az xəbər verir ki, bu barədə jurnalist Məhəmməd Buhafsi “Twitter”də yazıb.
London klubu seneqallı qapıçı üçün 24 milyon avro və 6 milyon avro bonus ödəyəcək. 28 yaşlı qapıçı üçün ödəniləcək bu məbləğ Fransa çempionatında oynayan qapıçılar üçün rekord olacaq.
Qeyd edək ki, Mendi keçən mövsüm 28 oyunda 24 qol buraxıb.