7 dekabr 2025. Bazar günü

Atletiko Kavani'yə müqavilə təklif etdi


  • Transfer
  • 12:30 22.09.2020
  • Oxunma sayı: 281
Atletiko Kavani'yə müqavilə təklif etdi

“Atletiko” PSJ-nin sabiq hücumçusu Edinson Kavaniyə müqavilə təklif edib.

Corner.az “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, klubun nümayəndələri dünən uruqvaylı futbolçunun agenti ilə görüşüblər.

Məlumata görə, Kavaniyə 2 illik sözləşmə təklif edilib. 33 yaşlı futbolçunun dünən “Real”a transfer olacağı bildirilsə də, maaşının yüksək olmasına görə bu reallaşmayıb. Hazırda azad agent statusu daşıyan Kavani'nin digər Madrid klubu ilə danışıq apardığı bildirilir.

Qeyd edək ki, O, 2013-cü ildən PSJ-də çıxış edir. Uruqvaylı futbolçu bu müddət ərzində Paris təmsilçisində 301 matça çıxıb və 200 qol vurub.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır