10 aprel 2026. Cümə

Morata rəsmən Yuventusda


  • Transfer
  • 15:00 23.09.2020
  • Oxunma sayı: 267
Morata rəsmən Yuventusda

"Atletiko Madrid"in futbolçusu Alvaro Moratanın "Yuventus"a keçidi rəsmiləşib.

Corner.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu bu mövsümün sonuna kimi icarə əsasında A seriyası təmsilçisində çıxış edəcək. Müqavilənin daha il uzadılması imkanının olduğu da vurğulanıb.

İtaliya mətbuatı "Yuventus"un bu transfer üçün 9 milyon avro icarə haqqı ödəyəcəyini yazıb.

Qeyd edək ki, Morata 2014-2016-cı illərdə də Turin klubunda oynayıb.







Transfer