10 aprel 2026. Cümə

Barselona ona 400 milyon qiymət qoydu


  • Transfer
  • 20:11 23.09.2020
  • Oxunma sayı: 305
Barselona ona 400 milyon qiymət qoydu

"Barselona" Ansu Fatinin əsas komandanın futbolçusu olduğunu açıqlayıb.

Corner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Gənc hücumçunun təzminat qiymətinin 170 milyon avrodan 400 milyon avroya qaldırıldığı  bildirilib. Onun yeni forma nömrəsi də bəlli olub. 17 yaşlı oyunçu dünən "İnter"ə keçən Arturo Vidala məxsus 22 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Fatinin "Barselona" ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. 







Transfer