- Transfer
- 17:31 10.04.2026
"Barselona" klubu hücumçu Luis Suaresin "Atletiko Madrid"ə keçidini açıqlayıb.
Corner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Madrid klubu 33 yaşlı futbolçu üçün müxtəlif bonuslar şəklində 6 milyon avro ödəyəcəklər.
Bu gün futbolçu ilə vidalaşma tədbiri keçiriləcək, sonra isə mətbuat konfransı olacaq.
"Atletiko"nun Luis Suares ilə 2 illik müqavilə imzalayacağı bildirilir.
Xatırladaq ki, Suares 2014-cü ildən "Barselona"da çıxış edirdi.