- Transfer
- 22:58 31.10.2024
“Çelsi"nin yarımmüdafiəçisi Temu Bakayoko karyerasını Fransada davam etdirməyə yaxındır.
Corner.az xəbər verir ki, PSJ 26 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Məlumata görə, Paris təmsilçisi bir müddətdir London klubu ilə danışıq aparır. PSJ Bakayokunu satın almaq hüququ ilə birgə icarəyə də götürəcəyi bildirilir.
“Çelsi”də əsas heyətdə çıxış etməkdə çətinlik çəkən fransalı futbolçunun İngiltərdən ayrılmaq istəyinə müsbət yanaşır. Daha öncə “Milan”ın da Bakayoko'nu birdəfəlik alacağı iddia edilirdi.