- Transfer
- 12:49 12.08.2026
"Bayer" "Atletiko"nun müdafiəçisi Santyaqo Ariası transfer edib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi 28 yaşlı futbolçu ilə 1 illik icarə müqaviləsi imzalayıb. Müqavilədə "Bayer"in kolumbiyalı futbolçunu birdəfəlik alma şərti də var.
Qeyd edək ki, Aris 2018-ci ilin yayında PSV-dən 11 milyon avroya transfer olunmuşdu.