- Transfer
- 00:36 01.05.2026
“Breşia" klubunun hücumçusu Mario Balotelli komandasını dəyişə bilər.
Corner.az xəbər verir ki, “Cenoa” 30 yaşlı futbolçu ilə müqavilə bağlamağa yaxındır.
Məlumata görə, italiyalı forvard yeni klubu ilə 1+1 illik sözləşmə imzalayacaq. Balotellinin agentinin qarşı tərəflə anlaşdığı bildirilir.
Qeyd edək ki, Balotelli müqavilə ilə “Breşia”ya məxsus olsa da, komanda B Seriyasına düşdüyü üçün sözləşmə ləğv edilə bilər.