- Transfer
- 21:53 26.11.2024
“Mançester Yunayted” "Porto"nun müdafiəçisi Aleks Tellesi heyətinə qatmaqda israrlıdır.
Corner.az xəbər verir ki, “qırmızı şeytanlar” Portuqaliya təmsilçisi ilə danışıqları davam etdirir.
Məlumata görə, İngiltərə klubu braziliyalı futbolçu üçün 12 milyon avro təklif edib. “Porto”nun isə futbolçunu 18 milyondan aşağı satmağı düşünmədiyi bildirilir.
Tellesin özü də Premyer Liqada oynamağa müsbət yanaşır. "Mançester Yunayted"in 27 yaşlı oyunçu ilə anlaşdığını, Porto ilə danışıqların davam etdiyi vurğulanıb.
Qeyd edək ki, Tellesin “Porto” ilə müqaviləsi gələn il başa çatır.