- Transfer
- 00:49 12.08.2026
"Real" futbolçusu Borxa Mayoralı yenidən icarəyə verib.
Corner.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu 2022-ci ilin iyununa kimi icarə əsasında "Roma"nın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Mayoral Madrid təmsilçisinin yetirməsidir. O, ötən mövsüm icarə əsasında "Levante"də oynayıb.