“Lester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Sent-Etyen”dən Uesli Fofananı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
İngiltərə mətbuatının yazdığına görə, “Lester Siti” fransalı futbolçu üçün Liqa 1 klubuna 35 milyon avro ödəyəcək. Bonuslarla bu məbləğin 40 milyon avroya çıxması nəzərdə tutulub. Bu, “Sent-Etyen” tarixinin ən qazanclı futbolçu satışıdır.
Qeyd edək ki, Fofana “Sent-Etyen” formasıyla meydana çıxdığı 30 oyunda 2 qola imza atıb.