- Transfer
- 22:58 31.10.2024
“Barselona” Osman Dembelenin komandadan ayrılacağı iddialarını təkzib edib.
Corner.az xəbər verir ki, bu barədə klubun idman direktoru Ramon Plains açıqlama verib.
O bildirib ki, Dembele üçün “Mançester Yunayted”lə heç bir danışıqlar aparılmır. Klub rəsmisi fransalı futbolçunun komandanın bir parçası olduğunu və burada yaxşı işlər görə biləcəyinə inandıqlarını vurğulayıb.
Qeyd edək ki, hücumçu 2017-ci ildə “Borussiya”dan Kataloniya təmsilçisinə keçib. Onun klubu ilə 2022-ci ilə qədər müqaviləsi var.