“Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, İstanbul təmsilçisi “Sportinq” (Lissabon) klubunun sağ cinah müdafiəçisi Valentin Rosyeni icarə əsasında heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu yeni klubu ilə 1 illik icarə müqaviləsi imzalayıb.
Qeyd edək ki, fransalı futbolçu peşəkar karyerasına ölkəsinin “Rodez” klubunda başlayıb. O, 2016-2019-cu illər aralığında “Dijon”da çıxış etdikdən sonra Portuqaliya klubuna transfer olunub