7 dekabr 2025. Bazar günü

Depay Barselona'ya keçir


  • Transfer
  • 14:58 05.10.2020
  • Oxunma sayı: 289
Depay Barselona'ya keçir

 “Lion"un idman direktoru Juninyo niderlandlı hücumçu Memfis Depayın“Barcelona"ya gedə biləcəyini açıqlayıb.

Corner.az xəbər verir, bu barədə “GFNF” məlumat yayıb.

“Onun müqaviləsi bir il daha qüvvədədir, çünki Depayın “Barcelona” ilə anlaşması var, bunu heç gizlətmirik. Bəlkə Memfis sabah “Barcelona” ilə müqavilə imzalayacaq, amma bu hələ dəqiq məlumat deyil. Çox güman ki, gedəcək. Və qalsa, bizə çox kömək edəcək” deyə, o bildirib.

Qeyd edək ki, Memfis Depay “Lion”a “Mançester Yunayted” klubundan transfer edilib. Hücumçu ötən mövsüm 22 oyunda 15 qol vurub, iki məhsuldar ötürmə edib.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır