1 oktyabr 2026. Cümə axşamı

Cenk Tosun klubunu dəyişir


  • Transfer
  • 18:13 25.01.2019
  • Oxunma sayı: 672
Cenk Tosun klubunu dəyişir

Everton'da işləri yaxşı getməyən və komandadan ayrılacağı deyilən Cenk Tosun, karyerasını başqa bir İngiltərə klubunda davam etdirə bilər.


Corner.az xəbər verir ki, Crystal Palace Everton'da kifayət qədər şans qazanmayan 27 yaşlı hücumçunu qış transfer dövründə heyətinə qatmaq istəyir. Omar Niasse'ni Cardiff City'ə göndərən Everton'un Cenkin də transferinə müsbət yanaşacağı gözlənilir.


Qeyd edək ki, cari mövsüm Everton'un heyətində 19 oyunda iştirak edən türk hücumçu, bu matçlarda 2 qola imza atıb.(goal.az)







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir