- Transfer
- 23:58 02.05.2026
"Bavariya" PSJ-dən ayrılan Erik Şupo-Motinqi transfer edib.
Corner.az klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu ilə 2021-ci ilin iyununa kimi müqavilə imzalanıb. Kamerunlu oyunçu Münhen təmsilçisinə azad agent kimi keçib.
Qeyd edək ki, Şupo-Motinq ötən mövsüm Fransa çempionatında 9 oyunda 3 qol vurub, 1 qolun ötürməsini verib.