11 mart 2025. Çərşənbə axşamı

Telles rəsmən Mançester Yunayted'də


  • Transfer
  • 21:46 05.10.2020
  • Oxunma sayı: 254
Telles rəsmən Mançester Yunayted'də

"Porto"nun futbolçusu Aleks Tellesin "Mançester Yunayted"ə keçidi rəsmiləşib.

Corner.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-şeytanlar" "Portu"nun müdafiəçisi Aleks Tellesi transfer edib.  27 yaşlı futbolçu  ilə 4+1 illik müqavilə imzalanıb. İngiltərə təmsilçisi braziliyalı futbolçu üçün qarşı tərəfə 15+3 milyon avro ödəyəcək.

Qeyd edək ki, Telles bu mövsüm Portuqaliya çempionatında 3 oyunda 2 qol vurub, 1 qolun ötürməsini verib.







Transfer