“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Turin təmsilçisi “Fiorentina”nın yarımmüdafiəçisi Federiko Kyezanı heyətinə qatıb.
Bu barədə klubunun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu Florensiya təmsilçisindən 2 illik icarəyə götürülüb. “Yuventus” iki illik icarə üçün qarşı tərəfə 10 milyon avro ödəyəcək. Amma onun 3 milyonu bu il, 7 milyonu gələn mövsüm “Fiorentina”ya ödəniləcək. “Yuventus” iki ildən sonra isə 40 milyon avro ödəməklə Kyezanı birdəfəlik transfer edə biləcək.
Qeyd edək ki, Kyeza “Fiorentina”nın öz yetirməsidir.