“Napoli” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Neapol təmsilçisi “Çelsi”nin yarımmüdafiəçisi Tyemua Bakayokonu icarəyə götürüb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu mövsümün sonuna qədər Napolinin uğurları üçün çalışacaq.
Qeyd edək ki,fransız futbolçu 2017-ci ildən “Çelsi”də çıxış edir.