“Bavariya” heyətinə daha bir futbolçu cəlb edib.
Corner.az xəbər verir ki, Münhen təmsilçisi Marselin müdafiəçisi Buna Sarrı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Fransalı futbolçu yeni komandasında “20” nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Bavariya” öz yarımmüdafiəçisi Mikael Kyuizansı da Marsel “Olimpik”inə icarəyə göndərib. 21 yaşlı fransız futbolçu mövsümün sonuna qədər Fransa klubunun uğurları üçün çalışacaq.