“Çelsi” yeni transferi Malanq Sarrı icarəyə göndərib.
Corner.az xəbər verir ki, 21 yaşlı fransalı müdafiəçi 2020/21 mövsümünün sonuna kimi icarə əsasında "Portu"da çıxış edəcək.
Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb.
Qeyd edək ki, London təmsilçisi "Nitsa" ilə müqaviləsi başa çatan Sarr ilə 5 illik müqavilə imzalamışdı.