31 oktyabr 2024. Cümə axşamı

Robinyo ölkəsinə qayıtdı


  • Transfer
  • 13:32 11.10.2020
  • Oxunma sayı: 245
Robinyo ölkəsinə qayıtdı

 "Başakşehir"dən ayrılan futbolçu Robinyonun yeni klubu bəlli olub.

Corner.az-ın məlumatına görə, Braziliyanın "Santos' klubu 36 yaşlı hücumçunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Robinyo ilə 5 aylıq müqavilə bağlanılıb. 2021-ci ilin fevralınadək davam edəcək sözləşmə müddətində braziliyalı futbolçu ayda 1500 Braziliya realı (271 ABŞ dolları) maaş alacaq.

Robinyo San-Paulu təmsilçisinin heyətində dördüncü dəfə çıxış edəcək.

Qeyd edək ki, O, peşəkar karyerasına 2002-ci ildə məhz bu komandada başlayıb. Daha sonra "sambaçı" İspaniyanın "Real Madrid", İngiltərənin "Mançester Siti", İtaliyanın "Milan", Çinin "Quançjou Everqrand", Braziliyanın "Atletiko Mineyro" və Türkiyənin "Sivasspor" klublarında forma geyinib. "Mançester Siti" və "Milan"da oynadığı vaxt - 2010 və 2014-cü illərdə hücumçu "Santos"a icarəyə verilib







Transfer

Amorim "Sportinq"dən ayrıldı
  • Transfer
  • 20:35 29.10.2024
Amorim "Sportinq"dən ayrıldı