7 dekabr 2025. Bazar günü

İquainin qardaşı da İnter Mayami'də


  • Transfer
  • 14:26 11.10.2020
  • Oxunma sayı: 265
İquainin qardaşı da İnter Mayami'də

“DC Yunayted”in futbolçusu Federiko İquain karyerasını qardaşı Qonzalo İquainin də çıxış etdiyi “İnter Mayami”də davam etdirəcək.

Corner.az klubun saytına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin transferinə görə “İnter Mayami” qarşı tərəfə 50 min dollar ödəyib. Oyunçu ilə imzalanan müqavilənin digər detalları açıqlanmayıb.

Ötən ay isə onun qardaşı Qonzalo İquain azad agent kimi bu kluba keçmişdi.

Qeyd edək ki, Federiko MLS -də ümumilikdə 217 matça çıxaraq,  60 qol vurub və 68 qolun ötürməsini verib.(qol)







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır