7 dekabr 2025. Bazar günü

Özil ərəb klubunun təklifini rədd etdi


  • Transfer
  • 12:31 12.10.2020
  • Oxunma sayı: 244
Özil ərəb klubunun təklifini rədd etdi

"Arsenal"ın futbolçusu Mesut Özil Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçməkdən imtina edib.

Corner.az xəbər verir ki, bu barədə "TyC Sports"un jurnalisti Sesar Luis Merlot "Twitter"də bildirib.

"Əl-Nəsr" 31 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 5 milyon funt sterlinq, Özilə isə 2 illik müqavilə təklif edib. Ancaq türk əsilli almaniyalı futbolçu Artetanın heyətdə şans verməsinə baxmayaraq hələ "Arsenal"dan ayrılmaq fikrində deyil.

Qeyd edək ki, Mesut Özilin "Arsenal"la müqaviləsi 2021-ci ilin yayında başa çatır. O, son olaraq "topçular"ın heyətində martda meydana daxil olub.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır