10 aprel 2026. Cümə

Hazardın qiyməti 90 milyon avro aşağıya düşdü


  • Transfer
  • 22:38 12.10.2020
  • Oxunma sayı: 282
Hazardın qiyməti 90 milyon avro aşağıya düşdü

Belçika millisinin üzvü Eden Hazardin qiyməti "Çelsi"dən "Real"da keçdikdən sonra xeyli aşağı düşüb.

Corner.az "Transfermarkt"a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin qiyməti 2019-cu ilin yayında 150 milyon avro idi. Ancaq onun hazırkı qiyməti cəmi 60 milyon avrodur. Bu isə o deməkdir ki, Hazard "Real"a keçdikdən sonra qiyməti 90 milyon avro aşağı düşüb.

Qeyd edək ki, Eden ötən ilin yayında 100 milyon avroya "Çelsi"dən "Real"a transfer olunub.  O, indiyə kimi üç dəfə zədələnib.(qol)







Transfer