10 aprel 2026. Cümə

Liverpul'dan ayrıldı, sabiq klubuna qayıtdı


  • Transfer
  • 10:18 15.10.2020
  • Oxunma sayı: 275
Liverpul'dan ayrıldı, sabiq klubuna qayıtdı
 “Kristal Pelas” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Liverpul”dan ayrılan sağ cinah müdafiəçisi Nataniel Klaynı transfer edib.
 
Bu barədə klubun  rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmır. İngiltərəli müdafiəçi bu komandada “17” nömrəli forma ilə çıxış edəcək.
 
Klayn “Kristal Pelas”a azad agent kimi keçib.

Qeyd edək ki, O, 2015-ci ildən formasını geyindiyi “Liverpul”dan bu yay ayrılmışdı. 






Transfer