10 aprel 2026. Cümə

Skolarinin yeni klubu


  • Transfer
  • 11:14 16.10.2020
  • Oxunma sayı: 288
Skolarinin yeni klubu
Braziliya millisinin sabiq baş məşqçisi Luis Felipe Skolarinin yeni klubu müəyyənləşib.
 
Corner.az xəbər verir ki, 72 yaşlı mütəxəssis “Kruzeyro”nun baş məşqçisi təyin olunub.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, B Seriyasında çıxış edən "Kruzeyro" 15 turdan sonra 12 xalla autsayderlər qrupunda qərarlaşıb.






Transfer