10 aprel 2026. Cümə

Barselona Depayın keçidini razılaşdırdı


  • Transfer
  • 14:18 16.10.2020
  • Oxunma sayı: 293
Barselona Depayın keçidini razılaşdırdı

Niderland millisinin və "Lion"un futbolçusu Memfis Depay 2021-ci ilin yanvarında "Barselona"ya keçəcək.

Corner.az  "Sport.es" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu 26 yaşlı hücumçunun transferi ilə bağlı qarşı tərəflə anlaşıb.

Amma razılaşmanın detalları açıqlanmayıb. Bu keçid üçün Fransa təmsilçisinə nə qədər təzminat ödəniləcəyi bilinmir.

Qeyd edək ki, "Barselona" yay transfer pəncərəsində Memfis Depayın transferini razılaşdırsa da, keçid baş tutmamışdı.







Transfer