7 dekabr 2025. Bazar günü

Tottenhem'dən yeni transfer


  • Transfer
  • 23:36 16.10.2020
  • Oxunma sayı: 334
Tottenhem'dən yeni transfer

 "Tottenhem" "Suonsi Siti" və Uels millisinin futbolçusu Co Rodonu transfer edib.

Corner.az-ın məlumatına görə, 22 yaşlı müdafiəçi ilə 2025-ci ilədək müqavilə bağlanılıb. Rodon yeni komandasında 14 nömrəli formanı geyinəcək. Müqavilə məbləğinin 11 milyon, bonusların isə 4 milyon funt sterlinq təşkil edəcəyi bildirilir.

Klub bu keçidi daha bir uelsli oyunçusu Qaret Beylin iştirakı ilə çəkilmiş videoçarx formasında anons edib. Videoda Rodon maşınla bazaya gəlir, resepşndə oturan Beyl isə zarafatca deyir: "Onu geri göndərin".

Qeyd edək ki, Qaret Beyl də Uels millisində forma geyinir.








Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır