Bir neçə gün öncə “Uotford”la müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edən Denni Uelbekin yeni iş klubu bəlli olub.
Corner.az xəbər verir ki, 29 yaşlı forvard bundan sonra “Brayton”un uğurları üçün çalışacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni klubuna azad agent kimi keçən ingiltərəli futbolçu ilə bir illik müqavilə imzalanıb. O, yeni komandasında “18” nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Uelbek 2019-cu ilin yayından “Uotford”da forma geyinirdi.