- Transfer
- 19:44 31.10.2024
"Yuventus"un sabiq baş məşqçisi Massimilano Alleqri "Çelsi"ni çalışdıra bilər.
Corner.az "QuotidianoNet" nəşrinə istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssisin Frank Lempardı əvəzləyəcəyi gözlənilir. London təmsilçisinin rəhbərliyi komandanın uğursuz çıxışına görə bu addımı atacaq.
"Zadəganlar" yay transfer dönəmində bahalı futbolçular transfer etsə də, Premyer Liqada 5 oyunda cəmi 2 qələbə əldə edə bilib. Hazırda "Çelsi" Premyer Liqada 8 xalla 8-ci pillədədir. Komanda bu gün Çempionlar Liqasının qrup mərhələsindəki ilk oyununda "Sevilya" ilə qarşılaşacaq.
Qeyd edək ki, Massimilano Alleqri "Yuventus"da 2014 - 2019-cü illərdə işləyib.