23 oktyabr 2024. Çərşənbə

İnter Özil'dən imtina etdi


  • Transfer
  • 13:35 27.01.2019
  • Oxunma sayı: 567
İnter Özil'dən imtina etdi
Qış fasiləsində maraqla gözlənilən İvan Perisic - Məsut Özil dəyişikliyi gerçəkləşməyəcək.

Corner.az xəbər verir ki, buna səbəb İnter'in Arsenal'ın türk əsilli yarımmüdafiəçisindən imtina etməsidir. London klubu italyanlara 2 variant təklif edib.Topçular ilk olaraq, xorvatiyalı yarımmüdafiəçini icarəyə götürmək istəyib. Ancaq Milan təmsilçisi bu təkliflə razılaşmayıb. İngilislər son olaraq, qarşı tərəfə Özil'lə Perisic'i dəyişdirməyi təklif etsə də, İnter rəhbərliyi buna da "yox" cavabı veriblər.

Qeyd edək ki, İtaliya klubu 29 yaşlı oyunçunu 35-40 milyon avroya satmaq niyyətindədir.(qol.az)





Transfer