10 aprel 2026. Cümə

Qarabağ'ın rəqibindən növbəti transfer


  • Transfer
  • 15:38 23.10.2020
  • Oxunma sayı: 268
Qarabağ'ın rəqibindən növbəti transfer

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Makkabi” (Təl-Əviv) klubu heyətini yeni oyunçu ilə cəlb edib.
 
Corner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Təl-Əviv təmsilçisi Tanzaniyanın "Azam" klubunun futbolçusu Novatus Disması transfer edib. Onunla imzalanacaq müqavilənin detalları açıqlanmayıb.

Gənc yarımmüdafiəçi Tanzaniyanın U-21 yığmasının da üzvüdür.
 
Xatırladaq ki, "Makkabi" dünən qrup mərhələsindəki ilk matçda "Qarabağ"ı minimal hesabla məğlub edib - 1:0.







Transfer