2 iyul 2026. Cümə axşamı

Riçard Almeyda rəsmən Zirə'də


  • Transfer
  • 16:52 26.10.2020
  • Oxunma sayı: 285
Riçard Almeyda rəsmən Zirə'də

Azərbaycan Premyer Liqasında çıxış edən “Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "qartallar" 31 yaşlı yarımmüdafiəçi Riçard Almeyda ilə anlaşıb.

Braziliya əsilli milliləşmiş oyunçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində 22 oyunda 3 dəfə fərqlənən Almeyda daha əvvəl ölkəmizdə "Qarabağ"ın formasını geyinib. O, həmçinin Braziliyanın "Sante Andrade", Portuqaliyanın "Jil Visente", Qazaxıstanın "Astana" və Küveytin "Baniyas" klublarında çıxış edib.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır