8 may 2026. Cümə

Mbappe PSJ-dən ayrılır?


  • Transfer
  • 21:45 30.10.2020
  • Oxunma sayı: 305
Mbappe PSJ-dən ayrılır?

PSJ-nin futbolçusu Kilian Mbappe 2021-ci ilin yayında Paris təmsilçisindən ayrılmaq istəyir.

Corner.az "Ok Diario"ya istinadən xəbər verir ki, 21 yaşlı hücumçu klub rəhbərliyinə getmək istəyi ilə bağlı xəbərdarlıq edib. O, PSJ rəsmiləri ilə münasibəti pozmamaq üçün indidən qərarını açıqlayıb.

Bildirilib ki, Mbappe klubunun onun transferinə mane olmayacağını düşünür. Əgər PSJ onu satmasa, fransalı hücumçu müqavilənin müddətinin başa çatacağı 2022-ci ilin iyununda klubu azad agent kimi tərk edəcək.

Qeyd edək ki, Mbappenin "Real"a keçmək istədiyi bildirilir.







Transfer