8 may 2026. Cümə

Alaba Real'a keçir?


  • Transfer
  • 15:40 03.11.2020
  • Oxunma sayı: 295
Alaba Real'a keçir?

"Bavariya"nın futbolçusu David Alaba karyerasını İspaniyada davam etdirə bilər.

Corner.az "AS"a istinadən xəbər verir ki, "Real" 28 yaşlı müdafiəçi ilə yaxından maraqlanır. Bildirilib ki, Madrid klubu yayda avstriyalı oyunçunu transfer etməyi planlaşdırır.

Münhen təmsilçisi ilə razılığa gələ bilməyən Alabanın digər klubların təklifini nəzərdən keçirməyə hazır olduğu vurğulanıb.

Qeyd edək ki, Alabanın "Bavariya" ilə müqaviləsi 2021-ci ilin yayı sona çatır.







Transfer