- Transfer
- 15:04 07.12.2025
"Real Madrid" klubu kapitanı Serxio Ramosla müqavilənin müddətini uzatmaq istəyir.
Corner.az ESPN nəşrinə istinadən xəbər verir ki, "Kral klubu" 34 yaşlı müdafiəçi ilə danışıqlara başlayıb.
Danışıqların müsbət irəlilədiyi bildirilib. Ramos ilə yeni sözləşmənin imzalanması Real üçün prioritet hesab edilir.
Qeyd edək ki, Serxio Ramosun "Real Madrid"lə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.