- Transfer
- 15:04 07.12.2025
"Tottenhem"in sabiq baş məşqçisi Maurisio Poçettino iki dəfə "Barselona"nın təklifindən imtina edib.
Corner.az "Daily Star"a istinadən xəbər verir ki, buna səbəb 48 yaşlı mütəxəssisin "Mançester Yunayted"ə rəhbərlik etmək istəməsidir.
Argentinalı mütəxəssis Kataloniya təmsilçisindən iki dəfə təklif alıb, lakin hər ikisində rədd cavabı verib. Daha əvvəl "Mançester Yunayted"in Poçettinonun nümayəndələri ilə görüşdüyü bildirilib.
Qeyd edək ki, Maurisio Poçettino 2014 - 2019-cu illərdə "Tottenhem"də işləyib.