10 aprel 2026. Cümə

İnter Barselona'nın futbolçusunu istəyir


  • Transfer
  • 14:05 07.11.2020
  • Oxunma sayı: 273
İnter Barselona'nın futbolçusunu istəyir

"İnter" klubu  "Barselona"nın ispaniyalı futbolçusu Junior Firponu transfer etmək istəyir.

Corner.az "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, Milan təmsilçisi qış transfer dönəmində 24 yaşlı müdafiəçi üçün təklif göndərməyə hazırlaşır.

Daha əvvəl mətbuatda Kataloniya klubunun Firpo ilə vidalaşmaq istədiyi bildirilib.

Qeyd edək ki, Junior Firpo cari mövsüm iki oyunda meydanda olub.







Transfer