- Transfer
- 15:04 07.12.2025
"Liverpul” heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Corner.az ESPN-ə istinadən xəbər verir ki, “mersisaydlılar” bu qış transfer pəncərəsində “İnter”dən Milan Şkrinyarı transfer etmək istəyir. İngiltərə təmsilçisi 25 yaşlı müdafiəçini zədəli oyunçusu Vircil van Deykin əvəzləyicisi kimi görür.
Slovakiyalı futbolçu ilə “Tottenhem”də yaxından maraqlanır.
Qeyd edək ki, Şkrinyar bu mövsüm A Seriyasında 2 oyun keçirib.