7 dekabr 2025. Bazar günü

Kuman transfer planlarından danışdı


  • Transfer
  • 13:22 11.11.2020
  • Oxunma sayı: 308
Kuman transfer planlarından danışdı

“Barselona”nın baş məşqçisi Ronald Kuman klubun qış transfer pəncərəsi üçün planlarından danışıb.

Corner.az xəbər verir ki, 57 yaşlı mütəxəssis İspaniya mətbuatına açıqlamasında maliyyə problemi olduğuna görə, çox sayda oyunçu istəmədiklərini deyib:

“Davamlı şəkildə idman direktorumuz Ramon Planeslə hansı futbolçunu transfer edə biləcəyimiz, komandanı necə gücləndirməyimiz lazım olduğu barədə danışırıq. Amma klubun maddi vəziyyətini nəzərə alsaq, çox futbolçu istəmirik. Mən bir neçə dəfə bizdə nəyin çatmadığını qeyd etmişəm. Mümkün olsa, oyunçular almağa çalışacağıq”.

Qeyd edək ki, “Barselona” hazırda La Liqanın turnir cədvəlində 11 xalla 8-ci yerdədir. Kataloniya klubu Çempionlar Liqasının G qrupunda 9 xalla liderdir.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır