8 may 2026. Cümə

Səbail İran millisinin sabiq futbolçusunu alır


  • Transfer
  • 14:57 14.11.2020
  • Oxunma sayı: 243
Səbail İran millisinin sabiq futbolçusunu alır

Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" klubu heyətinə yeni futbolçu ilə cəlb edir.

Corner.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi cənubi azərbaycanlı hücumameyli yarımmüdafiəçi Bəxtiyar Rəhmanini Bakıya gətirib.

29 yaşlı futbolçu bu gün "Sumqayıt"la yoxlama oyununda meydana çıxacaq.

Rəhmani ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Bəxtiyar Rəhmani 2013 və 2014-cü ildə İran yığmasının formasını geyinib. O, son olaraq 2019/2020 mövsümündə "Sanat Naft Abadan" klubunun formasını geyinib







Transfer