- Transfer
- 23:54 22.11.2024
"Sumqayıt"ın yeni transferi Peyman Babayi nümunəvi addımı ilə diqqət mərkəzinə düşüb.
Corner.az xəbər verir ki, Cənubi Azərbaycandan olan hücumçu yeni komandası ilə Bakıya qayıtdıqdan sonra Şəhidlər Xiyabanını ziyarət edib.
Bu barədə o, “İnstaqram” hesabında məlumat paylaşıb. Babayi “Şəhidlərimizin izni ilə Sumqayıt şəhərinə yollandım” sözlərini yazıb.
Qeyd edək ki, Peyman bu qış Cənubi Azərbaycanın “Maşinsazi” klubundan icarəyə götürülüb. O, 2020-ci ilin yayına qədər “Sumqayıt”da çıxış edəcək.(qol.az)