- Transfer
- 01:49 08.05.2026
Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov 2020/2021 mövsümünü də ABŞ-ın "Finiks Rayzinq" klubunda keçirəcək.
Corner.az "jamaicaobserver.com" saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu komandası ilə yeni müqavilə imzalayıb.
Dadaşovla imzalanan sözləşmənin müddəti 2021-ci ilin sonuna qədərdir.
Qeyd edək ki, Rüfət Dadaşov geridə qalan mövsümdə 11 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.