8 may 2026. Cümə

Balotelli Braziliya klubuna keçir?


  • Transfer
  • 12:38 16.11.2020
  • Oxunma sayı: 361
Balotelli  Braziliya klubuna keçir?

İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli karyerasını Braziliyada davam etdirə bilər.

Corner.az "Sky Sport"a istinadən xəbər verir ki, "Vasko da Qama" 30 yaşlı hücumçunun transferi ilə bağlı danışıqlara başlayıb.

Kluba yeni təyin edilən idman direktoru Fabio Kordelya bir neçə həftədir italiyalı futbolçu ilə danışıqlar aparır. Balotelli Braziliya təmsilçisinin təklifini bəyəndiyini, lakin Avropa klublarından dəvət gözlədiyini vurğulayıb.

Qeyd edək ki, Mario Balotelli ötən mövsüm A Seriyasında "Breşiya"nın heyətində 19 oyuna 5 qol vurub. O, daha əvvəl ölkəsində "İnter", "Milan", İngiltərədə "Mançester Siti" və "Liverpul" kimi klubların formasını geyinib.







Transfer