23 oktyabr 2024. Çərşənbə

Zirə afrikalı hücumçu alır


  • Transfer
  • 20:14 29.01.2019
  • Oxunma sayı: 533
Zirə afrikalı hücumçu alır
Zirə baxışa yeni futbolçu dəvət edib.

Corner.az xəbər verir ki, paytaxt təmsilçisi malavili hücumçu Robin Nqalandeni sınaqdan keçirir. 26 yaşlı oyunçu komandanın yeni transferləri Mfo Kqasvane, Xulio Sezar Rodriqes və İsmail Fofana ilə birlikdə bu gün Biləcəri Futbol Mərkəzində keçirilən məşqdə də iştirak edib.

Qeyd edək ki, son olaraq, CAR təmsilçisi “Baroka”da çıxış edən Nqalande 6 aydır klubsuzdur. (qol.az)





Transfer